Siyasət

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Sharing is caring!


Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin, dövlət başçılarının, nəhəng şirkət və təşkilat rəhbərlərinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının Prezidentinə yazır:

“Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə xüsusi ehtiramla təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tələbəlik illərindən dostlarınız kimi, Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlarla fəxr edirik. Bu nailiyyətlər Azərbaycan xalqının qazandığı tarixi qələbələrdə özünün daha parlaq təzahürünü tapıb. Sizin yürütdüyünüz müdrik və düşünülmüş siyasət sayəsində bu qələbələrin əsasları qoyuldu. Ali Baş Komandan kimi istedadınız, Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlığı isə ölkənin əzəli tarixi torpaqlarının azad olunması və əsl sahiblərinə qaytarılması ilə nəticələndi. Sizin rəhbərliyinizlə azad edilmiş ərazilərin qısa müddətdə bərpası göstərdi ki, Qarabağ Azərbaycanın incisinə çevrilir.

İcazə verin Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını arzulayım”.

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz mübarək olsun! Sizin üçün bu əlamətdar gündə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzun illər ərzində ölkənin həyatında sabitliyin və rifahın təminatçısı, Azərbaycan xalqının etibarlı müdafiəçisi, dünyada gedən iqtisadi və siyasi proseslərin fəal iştirakçısı, Rusiyanın etibarlı tərəfdaşısınız. Sizin müdrik siyasətiniz, strateji düşüncə tərziniz, məqsədyönlülüyünüz və uzaqgörənliyiniz artıq çoxdandır ki, ən yüksək şəkildə qiymətləndirilib, Azərbaycan xalqı tərəfindən ehtiram və minnətdarlıqla, dünya ictimaiyyətinin rəğbəti ilə qarşılanıb.

Sizə səmimi-qəlbdən xoşbəxt həyat və ən başlıcası, uzun ömür arzulayıram. Qoy həyatınız sevincli hadisələrlə, xeyirxah əməllərlə və böyük nailiyyətlərlə zənginləşsin!

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram”.

13:59

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Prezident İlham Əliyevə göndərdiyi məktubda deyilir:

“Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi töhfəniz xüsusi əhəmiyyət kəsb edir.

Zati-aliləri, bir daha dərin ehtiramımı bildirir, bu fürsətdən istifadə edərək Sizi və dost Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, sülh, cansağlığı və firavanlıq arzulayıram”.

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olan Əmr Musa da Azərbaycan Prezidentini təbrik edib.

Onun təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İndiyə qədər əldə etdiyiniz nailiyyətlər Sizin peşəkar liderliyiniz və yaxşı düşünülmüş siyasətiniz sayəsində mümkün olub. Siz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, davamlı tərəqqi və yüksəlişin nadir nümunəsinə nail olmusunuz. Siz sülh şəraitində birgəyaşayışa və qonşularınızla əməkdaşlığa önəm verirsiniz. Həmçinin, Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, təşkilatın fəaliyyətinə mühüm töhfələr vermisiniz. Təbii ki, bunlar 2023-cü ildə əldə etdiyiniz nailiyyətlərin bir qismidir. Əminəm ki, yeni ildə daha mühüm məqsədlərin həyata keçirilməsinə nail olacaqsınız. Bu sırada COP29-u xüsusi vurğulamaq istərdim. Uğurlarınız daim himayə etdiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən yüksək qiymətləndirilir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi Yeni 2024-cü il münasibətilə də təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram. Yeni ildə Sizin rəhbərliyinizlə Azərbaycana, eləcə də bütövlükdə regiona sülh, sabitlik, tərəqqi diləyirəm.

Möhtərəm Prezident, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Rusiyalı sahibkar Alişer Usmanov da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz təbiət etibarilə əsl lider, böyük ürəyi və parlaq zəkası olan insansınız. Siz müzəffərsiniz və daim Azərbaycan xalqına lazım olanı əldə edirsiniz. Siz millətin müdrik və xeyirxah atası, bütün azərbaycanlıların sevgi hissi bəslədiyi dövlət xadimisiniz.

Sizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik arzulayıram. Allah Sizi, Azərbaycanı və Azərbaycan xalqını hifz etsin!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir