İdman

“Neftçi”nin prezidentinin cəzası azaldıldı

Sharing is caring!


AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

Milli assosiasiyadan verilən məlumata görə, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir