Dünya

İranda mahnıya görə müğənni həbs edilib – FOTO

Sharing is caring!


ABŞ-də yaşayan iranlı müğənni Sasi Mankan kimi tanınan Sasan Heydərinin mahnısının Kiş adasında yerləşən bir restoranda ifasının görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra müğənni həbs edilib, restoran isə bağlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ifa edilən mahnı İranda qadağa qoyulan Kann Beynəlxalq Film Festivalında mükafatlandırılan “Leylanın qardaşları” filmində ifa edilib.

Qeyd edilir ki, həbs olunan müğənninin kimliyi açıqlanmadan, onun barəsində cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir