Dünya

Dünyada ən təmiz havası olan yeddi ölkə – SIYAHI

Sharing is caring!

İsveçrənin “IQAir” şirkətinin analitikləri 2023-cü ildə müxtəlif ölkələrdə havanın keyfiyyəti ilə bağlı hesabat dərc ediblər.

Hesabata görə, dünyada yalnız yeddi ölkədə havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə cavab verir.

Mütəxəssislər 134 ölkədə yerləşən 7812 yaşayış məntəqəsində havada PM 2.5 hissəciklərinin tərkibinə dair məlumatları araşdırıblar. İnsanların təhlükəsiz həyatı üçün onların həcmi orta hesabla hər kubmetrə beş mikroqramdan çox olmamalıdır.

Əks halda, məsələn, sənaye fəaliyyəti və avtomobil istifadəsi nəticəsində havaya buraxılan mikroskopik hissəciklər bədəndə toplana bilər. Bu da öz növbəsində astma, xərçəng, insult və digər sağlamlıq problemlərinə gətirib çıxarır.

Alimlər belə qənaətə gəliblər ki, ötən ildə PM 2.5 hissəciklərinin təhlükəsiz səviyyələri yalnız Avstraliya, Qrenada, İslandiya, Mavrikiy, Yeni Zelandiya, Finlandiya və Estoniyada müşahidə olunub.

Ən çox çirklənmiş hava isə Banqladeş, Pakistan və Hindistanda qeydə alınıb. Bu ölkələrdə PM 2.5 hissəciklərinin həcmi ÜST standartını on dəfədən çox üstələyib.

Mənbə: daily.afisha.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir