Siyasət

Meksika mətbuatında Qərbin Azərbaycana qarşı ikili standartları ifşa edilib – FOTO

Sharing is caring!


Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Mirajlar və reallıqlar: Qərbin Qafqazda ikili standartları siyasətinin ifşası” sərlövhəli məqalə dərc edilib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə otuz illik erməni işğalından sonra Azərbaycan ərazilərinin azad edilməsi və Ermənistan daxil olmaqla, bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsində Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən antiterror tədbirlərinin ABŞ və Avropa İttifaqının bəzi ölkə və KİV-lərinin ikili standartlarını və təxribat xarakterli hərəkətlərini açıq şəkildə ortaya qoyduğu bildirilir.

Yazıda Qərbdə çox vaxt erməni separatçılarına dəstək göstərən, ölkəmizə qarşı qərəzli və əsassız neqativ mənzərənin müşahidə olunduğu vurğulanır, Ukrayna məsələsində ərazi bütövlüyü prinsipini müdafiə edən Qərbin Azərbaycana münasibətdə həmin prinsipə qarşı etinadsız münasibətinin paradoksal olduğu qeyd olunur, ABŞ kimi ölkələrin dünyanın müxtəlif bölgələrində antiterror əməliyyatları adı altında həyata keçirdiyi əməliyyatların daha az tənqidə səbəb olduğu bildirilir.

Məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra regionda nisbi sakitliyin yarandığı, hazırda burada yenidənqurma prosesinin həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, Qərbin aktorlarının bu mərhələyə dəstək göstərmək əvəzinə regionda gərginliyi saxlamaqda, onların sanki Rusiyanın əvvəlki təsirini öz təsirləri ilə əvəzləməkdə maraqlı olduqlarının müşahidə edildiyi qeyd olunur.

Müəllif iki aya yaxındır ki, Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə atəşkəsin pozulmamasını müsbət siqnal olduğunu vurğulayır, lakin bunun avropalılar və amerikalılarda sevinc deyil, daha çox narahatlıq yaratdığını təəccüblə qeyd edir.

Məqalənin sonunda hazırda bölgədə müharibə riskinin olmadığı, lakin Qərbin hipotetik “Azərbaycan təhlükəsi”ni bəhanə gətirərək Ermənistanda hərbi mövcudluğunu gücləndirməkdə qərarlı göründüyü qeyd olunur, həmçinin Qərb KİV-lərində Azərbaycana qarşı bu qərəzli narativin məqsədyönlü şəkildə geniş yayılması, habelə C.Borrelin Azərbaycana qarşı təzadlı bəyanatının Qərbin Qafqazda öz təsirini gücləndirmək kimi açıq və aydın strateji məqsədə xidmət etdiyi bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir