Dünya

İrlandiyada bıçaqlı şəxs uşaqlara hücum edib – VİDEO

Sharing is caring!


İrlandiyanın paytaxtı Dublində şəhərin mərkəzində bir adamın bıçaqla hücum etməsi nəticəsində azı üç uşaq yaralanıb və xəstəxanaya çatdırılıb.

Bu barədə İrlandiyanın teleradioyayım şirkəti (RTÉ) məlumat yayıb.

Verilən məlumata görə, bir qadın və yaşı açıqlanmayan bir qız ağır xəsarət alıb. Daha iki uşaq yüngül xəsarət alıb.

Beşinci zərərçəkmiş isə hücumu həyata keçirən şəxsdir. O da həmçinin yerli xəstəxanaya çatdırılıb.

Hal-hazırda ətraflı məlumat yoxdur, lakin polis indiki mərhələdə terror aktı versiyasını nəzərdən keçirmir və hesab edir ki, söhbət ayrıca insidentdən gedir.

Qeyd olunur ki, kişi əvvəlcə uşaqlı qadına, sonra isə daha iki uşağa hücum edib. Hazırda hadisənin baş verdiyi şəhərin mərkəzi hissəsi bağlanıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir