Siyasət

“İlham Əliyevin Prezidentliyi dövrü Azərbaycan tarixinin şərəf erasıdır” – RƏY + FOTO

Sharing is caring!


İlham Əliyevin prezidentlik dövrü Azərbaycan tarixinin şərəf erasıdır”.

Bunu “Report”a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib.

O vurğulayıb ki, Azərbaycan lideri ötən 20 ildə xalqımızı səfərbər edərək çox böyük işlərə imza atıb:

“Ölkə rəhbəri iqtisadiyyatı inkişaf etdirərək, ordunu yüksək səviyyədə quraraq dövlətimizi regionun söz sahibinə çevirib. Məhz bu xalq, bu iqtisadiyyat, bu ordu ilə də 44 gün və 23 saatda Ermənistan və onun havadarlarını mat qoyub”.

E.İsmayılov söyləyib ki, indi çoxları Prezident İlham Əliyevə qeyri-adi bacarıqları olan fövqəladə bir şəxs kimi baxırar:

“Bəli, o, Azərbaycan tarixinin şərəf səhifəsinin müəllifidir. Bu yol heç də asan olmayıb. İlham Əliyev bu uğurlara addım-addım yaxınlaşıb. Hər bir uğurun ardında böyük zəhmət, yuxusuz gecələr dayanırdı. Özünün böyük intellekti, siyasi çəkisini ortaya qoyan Azərbaycan Prezidenti ətraf dövlətlərlə intensiv, çox gərgin işlər aparıb. Əvvəlcə Azərbaycanın iqtisadiyyatını ölkəmizin adına yaraşan vəziyyətə gətirdi, böyük neft və qaz layihələrinə imza atıldı. Azərbaycan nefti və qazı Avropaya nəql edildi. Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başladı, iqtisadiyyatımızın neftdən, xaricdən ərzaq asılılıqlarına son qoyulub”.

O qeyd edib ki, Azərbaycan artıq bütün dünyada öz sözünü deməyi bacaran, söz sahibi olan müstəqil bir dövlətə çevrilib:

“Azərbaycan artıq Cənubi Qafqaz regionunun aparıcı ölkəsidir. Bütün bunlara paralel olaraq müdrik Prezidentimiz ordu quruculuğuna böyük diqqət ayırıb. Ən son silahlarla təchiz edilmiş, güclü milli iradəyə malik vətənpərvər və peşəkar ordu yaradılıb. Bu ordu sözün hər mənasında XXI əsrin ordusudur. Məhz bu ordunun və Ali Baş Komandanın sayəsində artıq Qarabağa böyük qayıdış başlanıb. Zəngəzur dəhlizi isə reallaşmaq üzrədir. Qardaş Türkiyə və qonşumuz Rusiya ilə qurulan bərabərhüquqlu qarşılıqlı münasibətlər Azərbaycanın düzgün xarici siyasətinin sübutudur. Lakin Azərbaycanın xarici siyasətində Qərb və İsraillə də olan əlaqələri böyük əhəmiyyət daşıyır”.

E.İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyev BMT-də böyük uğurlar qazanıb:

“Azərbaycanın dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi və uzunmüddətli sədrlik dövründə təşkilatdan səmərəli şəkildə yararlanması da dövlət başçısının böyük uğurlarındandır. Hazırda regionda həyata keçirilən bütün irimiqyaslı layihələrdə Prezident İlham Əliyev söz sahibidir. Bir vaxtlar şairimiz Məhəmməd Hadi millətinin millətlər içərisində imzasının olmadığını yazırdı. Amma bu gün bütün məsuliyyəti ilə demək olar ki, Azərbaycan xalqının və dövlətinin millətlər içində imzası, həm də həmin imzanın böyük dəyəri var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir