İdman

“Bayer”lə oyun öncəsi legionerindən “Qarabağ”a şad xəbər

Sharing is caring!


“Qarabağ”ın Monteneqro millisinin heyətində zədələnən futbolçusu Marko Yankoviç məşqlərə qayıdıb.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi bu gün hazırlıq prosesində iştirak edib.

M.Yankoviçin Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer”ə qarşı matçda meydana çıxıb-çıxmayacağı hələ dəqiq bəlli deyil. Onunla bağlı yekun qərar oyun günü veriləcək. 28 yaşlı yarımmüdafiəçinin leverkuzenlilərlə görüşdə meydana çıxmaq ehtimalı böyükdür. Daha əvvəl onun bir-iki həftə oynamayacağı bildirilmişdi.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir