Dünya

“The Washington Post”: “Dugina və Tatarskinin qətlində Ukrayna Silahlı Qüvvələrinin əli var”

Sharing is caring!


Rusiyalı tanınmış jurnalist Darya Dugina və Vladlen Tatarski təxəllüsü ilə tanınan hərbi müxbir Maksim Fominin qətlində Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin əli var.

Bu barədə “The Washington Post” Ukrayna təhlükəsizlik xidmətinin adı açıqlanmayan keçmiş yüksəkrütbəli məmuruna istinadən xəbər verib.

Bildirilir ki, cinayətkarlar Duginanın avtomobilində partlayan bombanın komponentlərini sərhəddən Natalya Vovk və onun 12 yaşlı qızının olduğu avtomobildə pişik qəfəsində keçiriblər.

O da vurğulanır ki, Ukrayna SQ-nin hədəfi jurnalist deyil, atası Aleksandr Dugin olub. Ukrayna kəşfiyyatı festivalın sonunda onların Moskvaya birlikdə gedəcəklərini güman edib, lakin Dugin son anda başqa maşına əyləşib.

Nəşrin məlumatına görə, son 20 ay ərzində Ukrayna SQ və Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın yeni ərazilərində Rusiya məmurlarına, cəbhə xəttinin arxasındakı zabitlərə və Rusiyadakı müharibə tərəfdarlarına qarşı onlarla sui-qəsd həyata keçiriblər. “The Washington Post” Ukrayna və Qərb rəsmilərinə istinadən yazır ki, həlak olanlar arasında Rusiyanın Krasnodar sualtı gəmisinin keçmiş komandiri Stanislav Rjitski də var.

Ukrayna təhlükəsizlik xidmətinin keçmiş yüksəkrütbəli məmuru öz növbəsində qeyd edib ki, xarici tərəfdaşlar heç vaxt belə əməliyyatlarda iştirak etməyiblər.

“Biz beynəlxalq tərəfdaşlarımızı xüsusən də cəbhə xəttində heç vaxt gizli əməliyyatlara cəlb etməmişik”, – deyə mənbə bildirib.

Xatırladaq ki, Darya Dugina 2022-ci ilin avqustun 20-də “Ənənə” festivalından qayıdarkən sui-qəsdə məruz qalıb, avtomobilinin altına quraşdırılmış partlayıcı qurğu yolda işə düşüb.

Vladlen Tatarski isə Sankt-Peterburqda pərəstişkarları ilə görüş zamanı hədiyyə olunan heykəlciyin əlində partlaması nəticəsində dünyasını dəyişib. Bu “hədiyyəni” görüşə gətirən Darya Trepova ertəsi gün saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir