Siyasət

Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib

Sharing is caring!


Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə dairə seçki komissiyalarının iclaslarında qərar qəbul edilib.

Bununla da dairə seçki komissiyalarının formalaşması başa çatıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təyin edilirlər.

Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

Dairə seçki komissiyalarının üzvləri MSK-dan müvafiq vəsiqə alırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir