Cəmiyyət

Azad edilmiş ərazilərdə səkkiz ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb

Sharing is caring!


“2023-cü ilin yanvar-avqust ayları ərzində işğaldan azad edilmiş ərazilərdə 86 yanğın hadisəsi baş verib”.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərkosmos” Kommersiya qrupunun rəhbəri Elman Ələsgərov deyib.

O bildirib ki, yanğınlar 8 597 hektar ərazini əhatə edib: 

”Yanğınların ümumi sahəsinin 141 hektarı meşə sahəsində, 7 332-i otlaq, 832-i əkin, 292-i kolluq sahədə qeydə alınıb. Bu yanğınlardan 16-sı Kəlbəcərdə, 47-si Füzulidə, 2-si Xocavənddə, 6-sı Xocalıda, 3-ü Cəbrayılda, biri Laçında, 4-ü Zəngilanda, 4-ü Qubadlıda, 3-ü Tərtərdə qeydə alınıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir