Dünya

Britaniyada robot heykəltəraşlıq bacarığını nümayiş etdirdi – FOTO

Sharing is caring!

Robot qədim yunan heykəltəraşlığı nümanələrinin surətini yarada bilib.

Sınaq üçün mütəxəssislər qədim yunan ay tanrısı Selenin atını seçiblər.

Abidə Parfenonda quraşdırılıb, lakin 19-cu əsrin əvvəllərində Osmanlı İmperiyası tərəfindən Yunanıstandan çıxarılıb.

Sınaq işi Oksford Rəqəmsal Arxeologiya İnstitutunun mütəxəssislərinin rəhbərliyi altında aparılıb. Nəticədə brilyant kəsicilərlə təchiz edilmiş robot beş gün ərzində bir ton mərmərdən at başını oymağı bacarıb.

Hazırda qədim abidələrin saxlanıldığı Britaniya Muzeyinin qəyyumlar şurasının sədri Corc Osborn orijinal və surətlərin birlikdə sərgilənəcəyini istisna etməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir