Dünya

Kanada illik miqrasiya kvotasını artıracaq

Sharing is caring!

Kanada hökuməti 2025-ci ildən etibarən hər il 500 min miqrant qəbul etməyi planlaşdırır.

Bu barədə Kanada Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Keçən il Kanadaya 405 mindən çox yeni sakin gəlib. Bu, bütün zamanların ən böyük illik göstəricisidir”, – deyə bəyanatda bildirilib.

2023-cü ildə ölkə hakimiyyəti miqrantlar üçün ölkəyə giriş icazələrinin sayını 465 minə, 2024-cü ildə 485 minə, 2025-ci ildə isə miqrasiya kvotasını 500 min nəfərə çatdırmağı planlaşdırır.

 Bəyanatda qeyd olunur ki, yeni gələnlər Kanadanın hər yerində, o cümlədən ucqar kiçik yaşayış məntəqələrində yerləşdiriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir