Dünya

Roma Papası öz xütbəsində İsraildə baş verən hadisələri dəyərləndirib

Sharing is caring!


Roma Papası Fransisk İsrail və Fələstində zorakılığa və müharibəyə son qoymağa çağırıb.

O, bu barədə bazar günü Vatikanın Müqəddəs Pyotr meydanında etdiyi xütbədə bildirib.

Pontifik Yaxın Şərqdə vəziyyətin pisləşməsini narahatlıq və qəlb ağrısı ilə izlədiyini bildirib, zorakılığın yeni dövrünü pisləyib.

Terror və müharibə yalnız əzab-əziyyətə səbəb olur, bu məğlubiyyətdir, deyə o qeyd edib, dəhşət və həyacan anları yaşayan insanlara öz mənəvi dəstəyini bildirib.

Roma Papası hazırda terror və qorxu içində olan hər bir kəs üçün, həmçinin İsrail ilə Fələstin arasında sülh əldə olunması naminə dua etdiyini bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir