MARAQLI

“Ən yaxşı öpüş” mükafatını qazanan romantik filmin cizgi versiyası çəkilir – FOTO

Sharing is caring!


Vampirlər barədə məşhur filmin cizgi serialı çəkilir.

“Lionsgate” studiyası “John Wick” (“Con Uik”) və “Twilight” (“Alatoran”) franşizaları əsasında seriallar istehsal edəcək.

Komanda bu franşizaların və onlara əsaslanan müxtəlif layihələrin uğuruna əmindir.

Studiyanın rəhbəri Maykl Börns bildirib ki, “Alatoran” animasiya, “Con Uik” isə bədii serial olacaq.

“Twilight” əsasında cizgi serialı çəkəcəyik, düşünürəm ki, buna maraq çox olacaq. “John Wick” kainatını da genişləndirməyi planlaşdırırıq. Çox güman ki, bu televiziya layihəsi olacaq”, – deyə o izah edib.

Qeyd edək ki, “Alatoran” filmi 2009-cu ildə MTV Mükafatı müsabiqəsində “Ən yaxşı film”, “Ən yaxşı aktrisa” (Kristen Stüart), “İlin ən yaxşı sıçrayışı” (Robert Pattinson), “Ən yaxşı döyüş” (Robert Pattinson və Kam Qiqandet), “Ən yaxşı öpüş” (Robert Pattinson və Kristen Stewart) mükafatlarına layiq görülüb.

Mənbə: Deadline

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir