Cəmiyyət

İmmun sistemi niyə zəifləyir? – AÇIQLAMA

Sharing is caring!


“Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır”. 

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı yayımda respirator viruslar haqqında danışarkən deyib.

O bildirib ki, soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız, qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır:

“Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun sistemin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən daha az istifadə etmələridir”. 

Terapevt onu da əlavə edib ki, xəstəlikdən qorunmaq üçün gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir