MARAQLI

“Windows 11”də “Android” proqramlarını yükləmək mümkün olmayacaq

Sharing is caring!


“Microsoft” şirkəti “Windows 11” üçün “Subsystem for Android” sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib.

Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq.

“Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları “Windows 11”də mobil proqramların funksionallığına zəmanət vermirlər”, – deyə şirkətdən vurğulanıb.

Qeyd edək ki, “Subsystem for Android”ə dəstək “Amazon Appstore” xidmətində təmin edilirdi. Onun köməyi ilə istifadəçilər “Android” proqramlarını və hətta oyunları kompüterə yükləyə bilirdilər.

Ancaq bu gündən istifadəçilər “Amazon Appstore”u quraşdıra bilmirlər. Həmçinin artıq oradan yeni proqramlar endirmək mümkün deyil. Tərtibatçılara “Amazon Appstore”da yeni proqramlar dərc etməyə icazə verilmir. Bununla belə, “Amazon” mağazası digər platformalarda fəaliyyətini davam etdirəcək.

Mənbə: Cybersport.metaratings.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir