Kriminal

Bakıda narkotik qəbul edən sürücü polisdən qaçıb qəza törətdi – FOTO + ANBAAN VİDEO

Sharing is caring!

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi VAZ-2106 markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib.

Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib. Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mercedes-Benz” markalı başqa avtomobilə vuraraq qəza törədib.

İlkin sorğu zamanı sürücü nəqliyyat vasitəsini narkotik vasitə qəbul edərək idarə etdiyini bildirib. Təyin olunan ekspertizanın nəticəsində Fuad Əsgərlinin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu bir daha sübuta yetirilib.

Həmçinin aparılan araşdırmalar zamanı sürücünün idarə etdiyi avtomobilin dövlət nömrə nişanını da dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Sürücü barəsində protokol tərtib olunub. Fuad Əsgərlinin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir