Dünya

Zelenski “İlin adamı” seçildi

Sharing is caring!

Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti  tərəfindən “İlin adamı” seçilib.

Bu barədə qəzetin saytında yayılan açıqlamada bildirilir.

“O, Rusiya təcavüzünə qarşı Ukrayna xalqının cəsarət və dözümlülük təcəssümü, avtoritarizmlə mübarizədə isə demokratik dünyanın flaqmanı oldu”, – nəşr yazır.

Qeyd edək ki, ötən il “İlin adamı” “Twitter”in sahibi, amerikalı sahibkar və milyarder İlon Mask olmuşdu. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir