İqtisadiyyat

Azərbaycanda idxalatçı ölkələrin sertifikatlarının tanınması prosedurlarının yenilənməsi təklif olunub

Sharing is caring!

“Azərbaycanda idxalatçı ölkələrin təsdiqlədiyi sertifikatların tanınması prosedurlarına yenidən baxılmalıdır”.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bu gün keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bir çox hallarda ixracatçı ölkələrin rəsmi qurumları və ya akkreditasiya olunmuş qurumları tərəfindən verilmiş sertifikatları təqdim edən idxalatçılardan aidiyyəti dövlət qurumlarımız yenidən sertifikat alınmasını tələb edirlər, bu da sənədləşmə prosesində xeyli vaxt və xərc tələb edir.

O.Məmmədov hesab edir ki, gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılmasının tapşırıldığını nəzərə alaraq bu sahədə islahat tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi daha yaxşı olardı.

KOBİA sədri qeyd edib ki, bəzi hallarda həm idxal, həm də ixrac edilən məhsullara münasibətdə faktiki qiymətdən yüksək qiymətlər tətbiq edilir, bu vəziyyət isə əlavə olaraq vergi orqanları ilə də mübahisələrin yaranmasına səbəb olur.

“Daxil olmuş müraciətlərə əsasən digər bir çətinlik isə statistik dəyərin müəyyən olunmasında yaşanır. Bununla əlaqədar statistik dəyərin təyin edilməsi zamanı mövcud hallar təhlil edilməklə beynəlxalq təcrübəyə əsaslanan sadələşdirilmiş alətlərdən istifadə imkanlarını nəzərdən keçirmək olar”, – KOBİA-nın rəhbəri deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir