Siyasət

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış olublar – YENİLƏNİB

Sharing is caring!

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.

“Report” xəbər verir ki, Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.

Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.

O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb.

“İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur”, – Zukkoni qeyd edib.

11:00

IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi Rayonuna – Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir