Cəmiyyət

Xankəndi məktəbi 34 illik köçkünlükdən sonra əvvəlki binasına qayıdır – VİDEO

Sharing is caring!


Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Dövlət Bayrağını ucaltmasından sonra vaxtilə bu şəhərdən məcburi köçkün düşmüş əhali doğma torpaqlarına qayıtmağa hazırlaşır. 

Hazırda Bakının Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xankəndi şəhər 4 nömrəli məktəb də 34 illik köçkün həyatından sonra yenidən öz əvvəlki binasına qayıdacaq.

Təhsil TV sözügedən məktəblə bağlı süjet hazırlayıb. Süjetdə qeyd olunur ki, bu təhsil müəsisəsi 1945-ci ildə fəaliyyətə başlayıb. Lakin 1988-ci ildən 700 şagirdin təhsil aldığı, 60-dan çox müəllimin çalışdığı məktəb bağlanmaq məcburiyyətində qalıb. 25 illlik fasilədən sonra, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində məktəbin fəaliyyəti bərpa edilib.

Həmin videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir