Cəmiyyət

Maştağada tullantılar su kanalına axıdılır – VİDEO

Sharing is caring!


Bakıda çirkab sular boru vasitəsi ilə kanala axıdılır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mənsur Vəkilov küçəsindən gedir.

Sakinlər, ərazidən keçən su kanalının tullantılar üçün istifadə edilməsindən şikayətçidirlər.

Onlar bildiriblər ki, aidiyyəti qurumlardan tək istədikləri ərazinin kanalizasiya xətləri ilə təmin olunmasıdır. Lakin bununla bağlı dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb.

Məsələ ilə əlaqədar Maştağa bələdiyyəsinin sədr müavini Ağanəcəf Qədirov qeyd edib ki, sözügedən problemdən xəbərdardılar. Hətta sakinlərin yazılı müraciətləri də mövcuddur.

“Azərsu” ASC-dən isə mövzu ilə bağlı bildirilib ki, həmin ərazidə mərkəzləşmiş kanalizasiya infrastrukturu mövcud deyil və gələcəkdə dövlət investisiyaları hesabına qurulması planlaşdırılır.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir