İqtisadiyyat

Nəqliyyat və infrastruktur naziri: “Türkiyə Zəngəzur dəhlizi ilə bağlı yaxın zamanlarda işlərə başlayacaq”

Sharing is caring!


“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq”.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsində deyib.

Nazir Ermənistan ərazisində Zəngəzur dəhlizi ilə bağlı müəyyən fəaliyyətlərin olduğunu qeyd edib:

“Ümid edirəm ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bu məsələləri qısa zamanda reallaşdıracağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir