Cəmiyyət

İsmayıllı və Qəbələdə kənd gənclərinin sosial bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib – FOTO

Sharing is caring!


15-25 yaş aralığında kəndlərdə yaşayan gənclərin şəxsi və peşəkar həyatlarında qarşılaşdıqları problemlərin aradan qaldırılması, onlarda sosial, emosional və intellektual mövzularda bilik və bacarıqların artırılması məqsədilə İsmayıllı və Qəbələ rayonlarında “Kənd gənclərinin sosial bacarıqlarının artırılması” mövzusunda təlimlər təşkil olunub.

Hər rayonda 2 gün olmaqla, ümumilikdə 4 gün keçirilən təlimlər çərçivəsində “Stresin idarə olunması”, “Stresi yaradan səbəblər və onun aradan qaldırılması”, “Effektiv ünsiyyət”, “Komanda quruculuğu”, “Qərar qəbuletmə”, “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə edilməsi” mövzularında təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar keçirilib. Təlimlərdə iştirak edən gənclər sertifikatla təltif olunub.

Layihənin keçirilməsində məqsəd kəndlərdə yaşayan gənclərdə özünütanıma, şəxslərarası bacarıqlar və düşünmə bacarıqlarının inkişafına dəstək göstərməkdir. 

1 iyul-1 oktyabr 2023-cü il tarixlərini əhatə edən layihə çərçivəsində növbəti 2 günlük təlimlər Göyçay rayonunda baş tutacaq. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub və “Aydınlığa doğru” milli və mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir