Dünya

Husilər ilk dəfə İrana gedən gəmiyə hücum ediblər

Sharing is caring!


Yəmən husilərinin Qırmızı dənizdə Braziliyadan İrana qarğıdalı daşıyan Yunanıstanın “Star İris” gəmisinə hücum etdiyini bildirib. Üsyançılar İrana gedən gəmiyə ilk dəfə hücum ediblər.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı və Dövlət Departamenti xəbər yayıb.

“Belə təəssürat yaranır ki, İranın sabitliyi pozan fəaliyyəti İran vətəndaşlarının ərzaq təhlükəsizliyini sual altına alıb”, – deyə ABŞ Dövlət Departamenti bildirib.

“Star Iris”, qismən ABŞ-yə məxsus olan Yunanıstanın “Star Bulk Carriers” şirkətinə məxsusdur. Dövlət Departamenti açıqlayıb ki, o, istisnaya daxil olan ərzaq daşıdığı üçün Birləşmiş Ştatların sanksiyalarına məruz qalmayıb.

Qeyd edək ki, gəmiyə cüzi ziyan dəyib və ekipajı xəsarət almayıb.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir