Cəmiyyət

Tikinti şirkəti ağacların dibini betonladı: Nümayəndə rüşvət təklif etdi – VİDEO

Sharing is caring!


Nəsib Bəy Yusifbəyli küçəsində hündürmərtəbəli bina tikmək istəyən tikinti şirkətlərindən biri piyada səkisinin üzərində yerləşən ağacların dibini betonlayıb. Bir neçə ağacın dibini betonlayan tikinti şirkəti hasar çəkib, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkini də zəbt edib. Üstəlik, ərazidə çəkiliş aparıldığını görən tikinti şirkətinin nümayəndəsi Baku TV-nin çəkiliş qrupunu ofisə dəvət edib. Daha sonra şirkətin özünü təqdim etməyən nümayəndəsi məsələni rüşvət təklif edərək həll etmək istəyib. Baku TV-nin müraciətindən sonra Bakı şəhər Yaşıllaşdırma Birliyi ərazidə yaşanan problemi dərhal aradan qaldırıb. Ağacların dibi betondan təmizlənib. 

Qurum tikinti şirkətinə xəbərdarlıq edildiyini də bildirib. Bununla yanaşı, hasara alınan piyada səkisinin yeri dəyişdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir