Siyasət

Mahir Qurbanov Uruqvayın dövlət televiziyasında Azərbaycanın mövqeyini müdafiə edib – VİDEO

Sharing is caring!


Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Uruqvayın dövlət televiziyasında Qarabağdakı son hadisələrlə bağlı Azərbaycanın mövqeyini bildirib.

O qeyd edib ki, Azərbaycan məhz özünün suveren hüquqlarının həyata keçirilməsinə dair növbəti bir addım atıb:

“Ağdam-Xankəndi yolu artıq istifadə edildi və ilk humanitar yardım həyata keçirildi. Bu, Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yolunda ilk və vacib addımlardan biri hesab olunmalıdır. Çünki Azərbaycanın siyasəti sülh və əmin-amanlıqdır. Və bu proses regionumuz üçün çox vacibdir”.

Mahir Qurbanov, eyni zamanda, müsahibədə vurğulayıb ki, Qarabağdakı qondarma seçkinin legitimliyi yoxdur və dünya ictimaiyyəti bu “seçki”ni rədd edir. Qondarma seçkinin keçirilməsi ümumiyyətlə sabitlik prosesinə zərbə vuran bir addımdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir