İdman

“Barselona” Kundenin transferini açıqladı

Sharing is caring!

Müdafiəçi Jül Kunde “Sevilya”dan “Barselona”ya keçib.

Kataloniyalılar 23 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlindiyini rəsmən açıqlayıblar.

Keçid müdafiəçinin tibbi müayinəsindən və onunla müqavilə imzalandıqdan sonra başa çatacaq.

Fransa millisinin futbolçusu üçün “Barsa”nın 50 milyon avro ödəyəcəyi, “Sevilya”nın isə bonus şəklində daha 5 milyon avro ala biləcəyi bildirilir.

Kundeyə vergilərdən sonra ildə 6 milyon avro ödəniləcək. Onunla 5 iillk müqavilə bağlanacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir