Dünya

Səudiyyə vəliəhdi Bin Salman Camal Qaşıqçı cinayətinə görə məhkəməyə verildi

Sharing is caring!

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Qaşıqçının qətlinə görə Fransada məhkəməyə verilib.

Məlumata görə, iki qeyri-kommersiya təşkilatı “Democracy for the Arabic World Now” və “Traal International” şahzadədən Paris İstintaq Məhkəməsinə şikayət edib.

İddia olunub ki, şahzadənin 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçının başına gətirilənlərdə əli var.

Qeyd edək ki, Bin Salman dövlət başçısı olmadığı üçün cinayət təqibinə qarşı “immunitetə” malik deyil.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir