Müharibə

Rusiyalı ekspert: “Bakı, nəhayət, Qarabağ məsələsinə nöqtə qoymaq qərarına gəlib” – FOTO

Sharing is caring!


“Azərbaycanın Qarabağda antiterror tədbiri keçirməsi qərarı gözlənilən idi. Çünki rəsmi Bakının səbir kasası daşmışdı”.

Bunu APA-nın Moskva bürosuna müsahibəsində rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov bildirib.

“Azərbaycan Qarabağda xüsusi antiterror tədbiri keçirmək qərarına gəlib. Bu gözlənilən idi. Çünki İrəvan və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri müntəzəm olaraq regionda, iki ölkənin sərhədində təxribatlara əl atırdılar. Bu gün isə Azərbaycanın Xocavənd rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı terror aktı həyata keçirilib. Bu hadisə rəsmi Bakının səbir kasasını daşıran son damla olub.

Hesab edirəm ki, bütün bunlara Ermənistanı onun qərbli müttəfiqləri təhrik edir. Azərbaycan tərəfi ancaq hərbi infrastruktura zərbələr endirir. Bakı nəhayət ki, bu məsələyə nöqtə qoymaq qərarına gəlib. Ermənistan 2020-ci ildə üçtərəfli razılaşmanı imzalamasına baxmayaraq, faktiki onları icra etməyib. İrəvan regiona üçüncü oyunçuları cəlb etmək, Rusiyanın və onun sülhməramlı kontingentinin fəaliyyətini nüfuzdan salmaq üçün hər cür səy göstərib. Amerikalılarla birgə hərbi təlimlər keçirərək İrəvan müttəfiqinin kim olduğunu sübut edib”, – deyə Rusiyalı siyasi ekspert vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir