İdman

Ronaldusuz “Ən-Nəsr” Messili “İnter Mayami”ni darmadağın etdi – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanında yerli “Ən-Nəsr”lə ABŞ-nin “İnter Mayami” klubu arasındakı yoldaşlıq görüşü qonaqların darmadağını ilə bitib.  

Ərəb komandası rəqibinin qapısından düz 6 cavabsız qol keçirib – 6:0.  

Oyunda Taliska het-trikə (10, 51p., 76) imza atıb. Onunla yanaşı Otavio (3), Laporte (12), Marran (68) fərqləniblər. 

Qeyd edək ki, zədə səbəbindən “Ən-Nəsr”in heyətində Kriştianu Ronaldu görüşdə iştirak etməyib. “İnter Mayami”də isə Lionel Messi yalnız qarşılaşmanın 83-cü dəqiqəsində meydançaya çıxıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir