Cəmiyyət

Bakıda yeniyetmə dəm qazından boğularaq ölüb

Sharing is caring!


Bakıda 11 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonununda qeydə alınıb.

Məlumata görə, Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 11 yaşlı M.A ağır vəziyyətdə atası tərəfindən qəsəbə poliklinikasına çatdırılıb. Buna baxmayaraq, yeniyetmə orada dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir