MARAQLI

Cari ildə Azərbaycandan daşınmaz əmlak alan rusiyalı və ukraynalıların sayı BİLİNDİ

Sharing is caring!

2022-ci ilin yanvar-noyabr ayları ərzində 1364 nəfər əcnəbi Azərbaycandan daşınmaz əmlak alıb. 2021-ci ilin müvafiq dövründə satılan əmlakların sayı isə 1317 təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Azərbaycanda əmlak sahibi olanların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Belə ki, 11 ayda təkcə Rusiya vətəndaşları 934 mülk alıblar. Növbəti sırada isə Gürcüstan (132), İran (53), Ukrayna (39), Qazaxıstan (36), Türkiyə (35) vətəndaşları qərarlaşırlar. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir