İdman

“Sumqayıt” rəsmisi Qətər klubunun rəhbərliyi ilə görüşüb

Sharing is caring!


Qətərdə səfərdə olan “Sumqayıt” Futbol Akademiyasının nümayəndə heyəti yerli “Aspire” Akademiyasının rəhbərliyi ilə görüşüb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Aspire” Futbol Mərkəzində baş tutan görüşdə “Sumqayıt” akademiyasının direktoru Hakan Sünalla “Aspire” Akademiyasının Futbol Departamentinin sədri Saeed Ali Al Marri arasında söhbət olub.

Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri keçirilib.

Qeyd edək ki, komandalar bu gün və noyabrın 8-də də yoxlama oyunları keçirəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir