İdman

Güc idman növləri üzrə Azərbaycan millisi dünya çempionatında birinci yeri tutub – FOTO

Sharing is caring!


Güc idman növləri üzrə Azərbaycan millisinin idmançıları Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında komanda hesabında birinci yeri tutublar.

“Report”un məlumatına görə, WPC/AWPC/WPSO versiyaları üzrə yarışda Azərbaycanı 4 idmançı təmsil edib.

Dünya və Avropa çempionu, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş builki Respublika çempionatının qalibi Tural Orucov (100 kq) üç fərqli növ üzrə iki qızıl, bir bürünc, Camal Əhmədzadə (110 kq) kəmər və qızıl medal qazanıblar. Sadiq Musayev (82 kq) iki fərqli növdə çıxış edib, birinci və üçüncü yeri tutub.

Qeyd edək ki, dünya çempionatı 8 ölkənin ümumilikdə 400 idmançısı arasında keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir