Cəmiyyət

“Azərişıq” azad olunan ərazilərdəki abonentlərinin sayını açıqlayıb

Sharing is caring!


“Artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Azərişıq” ASC-nin 932 abonenti mövcuddur”.

“Report” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bunun 279-u qeyri-əhali abonentləridir.

A.Məmmədzadə bildirib ki, işğaldan azad edilən ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin edilib: “Növbəti illərdə bu qurumun abonentlərinin sayı daha da artacaq. “Azərişıq” buna tam hazırdır və istənilən tələbata uyğun olaraq elektrik enerjisini qarşılamağa hazırdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir