Dünya

Vladimir Putin Rusiyada növbəti prezident seçkisində iştirak edəcək?

Sharing is caring!


Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak etməyə razılıq verib.

Bu barədə jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.

Putinin Rusiya dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Növbəti prezident seçkisi martın 17-nə təyin edilib.

Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür. O, qalib gəlsə, daha altı il, 2030-cu ilə qədər dövlət başçısı postunu tutacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir