İdman

“Dinamo”nun baş məşqçisi Mahir Emrelinin son dəqiqə qolu barədə: “Özünəinamı üçün yaxşıdır”

Sharing is caring!


“Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır”.

Bunu Xorvatiyanın “Dinamo” komandasının baş məşqçisi Sergey Yakiroviç “Varajdin”lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra deyib.

46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib: “Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən”.

Qeyd edək ki, “Varajdin”lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+4-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Mənbə: “Vecernji”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir