Dünya

HƏMAS Misirdən yardım istədi

Sharing is caring!


Fələstinin HƏMAS radikal hərəkatı telefon rabitəsi və internetin kəsildiyi Qəzza zolağında rouminq xidmətləri göstərilməsi ilə bağlı Misirə müraciət edib.

Bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhuman radikalların rəsmi “Telegram” kanalında yayımlanan bəyanatında bildirib.

“İsrail Qəzza zolağında telefon rabitəsi və interneti kəsib. Biz Misiri Misir şəbəkələrində rouminq xidmətlərini açmağa çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, noyabrın 5-də Fələstin provayderi “Paltel” bütün Qəzza zolağında telefon və internet xidmətlərinin yenidən dayandığı barədə məlumat verib. Qəzzada rabitə xidmətləri təqdim edən ikinci provayder “Jawwal” da analoji məlumat yayıb.

Fələstin anklavında internet, simli və mobil rabitənin tamamilə bağlanması barədə ilk dəfə olaraq oktyabrın 27-də məlumat verilib. “Paltel” və “Jawwal” bildiriblər ki, İsrailin hava hücumları nəticəsində kommunikasiyalar zədələnib və bu səbəbdən artıq xidmət göstərilməsi mümkün deyil. Oktyabrın 31-də beynəlxalq təşkilatlar Qəzzada qalanlarla əlaqə saxlaya bilmədikləri ilə bağlı narahatlıqlarını ifadə etdikdən sonra rabitə bərpa olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir