Cəmiyyət

Böyük Mərcanlıya böyük qayıdışın sevinci: Mustafa kişi o torpaqları 29 ildən sonra görə bildi – VİDEO

Sharing is caring!

Cəbrayıl rayonundan olan Şirinovlar ailəsi də düşmən güllələri altında doğma kəndləri olan Böyük Mərcanlıdan çıxmaq məcburiyyətində qalanlardan idi.

Özləri ilə yalnız bir-iki şəxsi əşya və bir də doğma torpaqlardakı xatirələrləri götürə bildilər. Çoxuşaqlı ailənin başçısı Mustafa kişi o torpaqları düz 29 ildən sonra görə bildi.

Ailə illər boyu yayın istisini, qışın sərt üzünü Biləsuvarda yaradılan qaçqın düşərgəsində görüb. Hər an doğma yurda qayıdacağı günü ümidlə gözləyib.

2016-cı ildə Azərbaycan Ordusu Cocuq Mərcanlını azad edəndən sonra bu qəsəbədə yaşayanların ümidləri daha da artır. Cocuq Mərcanlı ilə qonşu Böyük Mərcanlıya isə bir addım qalırdı.

Azərbaycan Ordusunun Böyük Zəfərilə başa çatan 44 günlük Vətən müharibəsində ilk azad edilən kənd də elə Böyük Mərcanlı olub. Bu kəndin sakinləri daha gözəl, daha abad, daha müasir kəndlərinə qayıdacaqları ana çoxdan hazırdırlar. Xatirələr də, ənənələr də, köhnə fotolar da, elə nisgilli ruhlar da yenidən doğma ocağa dönəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir