Dünya

Uşaqların qaçırılmasını əngəlləmək istəyən ana özünü avtomobilin üzərinə atdı – VİDEO

Sharing is caring!

ABŞ-da ana uşaqlarının qaçırılmasının qarşısını almaq üçün özünü avtomobilin avtomobilin üzərinə atıb.

Hadisə Nyu-Meksikoda baş verib.

Qadın uşaqları avtomobildə qoyaraq alış-verişə çıxıb. Geri qayıdarkən qəfildən tanımadığı bir qadın onu itələyərək maşınına minib və ərazidən uzaqlaşıb. Ana avtomobilin üzərinə atılaraq cinayətkarı dayandırmağa çalışıb. Lakin onun bu cəhdi uğursuz olub.

Avtomobilin sahibi polisə zəng edərək altı yaşlı qızı və bir yaşlı körpəsinin oğurlandığını bildirib. Cinaytkar polis təqibindən xilas olmaq üçün uşaqlarla birgə avtomobili yol kənarında ataraq qaçıb.

Polis Regina Kastillo adlı cinayətkarı saxlayıb. Ona qarşı oğurluq, polisdən qaçmaq, həbsə müqavimət göstərmək və uşaqlara qarşı zorakılıq ittihamları irəli sürülüb.

Hadisə nəticəsində uşaqlar xəsarət almayıb və həkim müayinəsindən sonra analarına qovuşublar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir