Cəmiyyət

DTX: “MİDA-dan eyni IP ünvandan bir neçə mənzil alınıb”

Sharing is caring!

“Güzəştli mənzil” sistemi vasitəsilə bu il martın 30-da keçirilmiş mənzil seçimi zaman eyni anda eyni IP ünvandan bir neçə mənzilin alınması müəyyən olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Günel Hüseynova Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən mətbuat konfrasında deyib.

“Bu faktla İstintaq Baş İdarəsi tərəfindən aparılmış istər təqsirləndirilən şəxslər, istərsə də adlarına seçim olan şəxslərlə bağlı kifayət qədər dəlillər toplanılıb. Bundan başqa, istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən məlumatların dəyişdirilməsini təmin edən kiberproqramların kiberhücumlarının izlərini müəyyən edib.

Güzəştli mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 10 saniyə ərzində 78 nəfər mənzil seçimi edib. Bu seçimləri birbaşa vətəndaşların özləri etməyiblər. Onların əvəzinə informasiya sahəsində xüsusi bilikləri olan şəxslər mənzilləri seçiblər və yaxud kiberproqramlardan istifadə olunub. Bu yolla seçilən mənzillər ümumi mənzillərin yarıdan çoxunu təşkil edir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir