Dünya

Yaponiyada 240 uçuş ləğv edildi

Sharing is caring!


Bazar ertəsi və çərşənbə axşamı Yaponiyada “Lan” qasırğasının yaxınlaşması səbəbindən ən azı 240 uçuş ləğv edilib.

Qasırğanın Honsyu sahillərinə yaxınlaşması ilə əlaqədar yaxın günlərdə ləğv edilən və ya gecikən uçuşların sayının artacağı gözlənilir.

Bildirilir ki, qasırğanın episentri hazırda Tokionun cənubundakı İzu adalar silsiləsinin bir hissəsi olan Haçiko adası ərazisindədir.

Sinoptiklər yaxın 24 saat ərzində onun şimal-qərb istiqamətində hərəkətini davam etdirəcəyini və avqustun 15-dək Osakanın yerləşdiyi Kinki bölgəsindəki Honsyu adasının sahillərinə və Naqoyanın böyük sənaye mərkəzinin yerləşdiyi Tokaya çatacağını proqnozlaşdırırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir