Cəmiyyət

Səkkiz yaşlı Orxanın müalicəsi üçün dəstəyə ehtiyacı var – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Orxanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səkinə Əliyeva məlumat yayıb.

O bildirib ki, övladı 3 ildir böyrək çatışmazlığından əziyyət çəkir.

“Orxanın səkkiz yaşı var, artıq 3 ildir böyrək çatışmazlığından əziyyət çəkir. Gəzdirmədiyimiz həkim, getmədiyimiz xəstəxana qalmayıb. Üç ildir vəziyyətinin pisləşməməsi üçün ancaq müalicələr etdiririk. Orxanın müalicələri üçün bizim aylıq 500-600 manata ehtiyacımız var. Son bir neçə aydır müalicələri borc xərclə davam etdirə bilirik. Hazırda, inanın, borc almağa adam da qalmayıb. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 552-62-81

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir