İdman

Canni De Byazi: “Sizin yerinizdə olsaydım, belə oyun gördüyümə görə sevinərdim”

Sharing is caring!


“90 dəqiqə çox yaxşı, ağıllı oyun göstərdik”.

Oxu.Az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinin V turunda keçirilən Azərbaycan – Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi deyib.

67 yaşlı mütəxəssis daha artığına nail ola biləcəklərini söyləyib:

“Çox şeyi inkişaf etdirməliyik. Topu irəli vurmamalıyıq, daha rahat oynamalıyıq. İmkanlardan yararlanmaq lazımdır. Komanda yaxşı oynadı. Bundan da artığına nail ola bilərdik. Oyundan sonra federasiya prezidenti uşaqlarla görüşüb hamıya təşəkkür etdi. Bu, sevindirici haldır”.

İtalyan çalışdırıcı meydana sonradan daxil olanların özlərini yaxşı tərəfdən göstərdiyini söyləyib:

“Əvəzetmədən daxil olanlar öz işlərini gördülər. Əvəz edilənlər yorulmuşdular. Rəqib topla çox oynayıb bizi yormağa çalışırdı. Bütün futbolçuların oyunu xoşuma gəldi. Belə matçlarda meydana sonradan çıxıb oyuna daxil olmaq çox çətindir. Əvəzlənənlər də zəif oyunlarına görə yox, yorulduqlarına görə meydandan çıxdılar. Oyuna yeni güc qatmaq istəyirdik”.

Baş məşqçi Rahil Məmmədovun yorğun görünməsinə baxmayaraq, 90 dəqiqə meydanda qalmasını və Amin Seydiyevin iştirak ərizəsinə daxil edilməməsini belə əsaslandırıb:

“Seydiyev bizimlədir. Bu gün başqa xarakteristikalı oyunçular lazım idi. Rahil təcrübəli futbolçudur. Bu mövsüm bütün çempionat matçlarında meydanda olub. Hava toplarında yaxşıdır. Onun bu xusüsiyyəti bizə lazım idi”.

De Byazi komandanın qol şanslarından yararlana bilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib:

“Sizin yerinizdə olsaydım, belə oyun gördüyümə görə sevinərdim. Komanda göstərdi ki, güclü rəqiblə başabaş oynaya bilir. Milli komandaların çox məşq etməyə vaxtı olmur. Bu gün 2002-ci il təvəllüdlü Emil Səfərov meydana çıxdı. Avstriya və İsveçrə matçlarında da böyük oyun fərqi görünmürdü. Sadəcə rəqibə hədiyyələr etmişdik. Bu təcrübələrdən keçmək lazımdır. Biz çox güclü rəqiblərə qarşı oynayırıq, hansı ki, oyunçuları Avropanın top-klublarında çıxış edirlər”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir