Siyasət

Samir Dübəndi: “Qarabağda kiçik yerləşmə vasitələri də yaradılmalıdır”

Sharing is caring!


Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin təməlinin qoyulması çox sevindirici hadisədir, amma hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə kiçik yerləşmə vasitələri də yaradılmalıdır.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.

O, fikrini hazırda Qarabağa müxtəlif məqsədli gediş-gəlişlərin sayının çox olması ilə əlaqələndirib:

“Laçındakı yeni kompleks 100 otaqlı nəzərdə tutulub və əlavə kottec imkanları da olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə müxtəlif yerləşmə yerlərinin yaradılması həm bölgəyə işgüzar səfər edənlərin yerləşdirilməsi, həm də gələcəkdə turizm potensialımızın yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bu ərazilərdə kiçik, ucuz və az ulduzlu hotellərə də ehtiyac var. Belə obyektlər üçün biznes subyektlərini maraqlandırmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir