Cəmiyyət

FHN evi yağışdan yararsız hala düşən sakin üçün çadır qurdu – FOTO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinə (FHN) Qəbələ rayonu, Uludaş kənd sakini Asim Ağasadiq oğlu Mikayılova məxsus evin yağan intensiv yağışlar nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Oxu.Az-a verilən məlumatda deyilir.

Bildirilir ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Uludaş kənd sakini Asim Mikayılov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir