Siyasət

Oyun dağılıb: Xəstə müalicə edilir – VİDEO

Sharing is caring!


“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində əliyalın azərbaycanlılara qarşı kütləvi vəhşiliklər törədən Vaqif Xaçatryanın saxlanılmasına, həmçinin Azərbaycan dövlətinin həyatda olan hərbi cinayətkarlara qarşı tutduğu prinsipial mövqeyə həsr edilib.

Müəllif qeyd edir ki, artıq Azərbaycanın kütləvi informasiya vasitələrində Vaqif Xaçatryanın vəhşiliklərinin qurbanı olmuş şəxslərin açıqlamaları da yer almaqdadır.

“İndi isə növbə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycanın məhkəmə-hüquq sisteminindir”,  – süjetdə qeyd olunur.

Müəllif əlavə edir ki, Azərbaycan hökuməti Qarabağ iqtisadi rayonunda yaşayan mülki erməni azlığın hərəkətinə və azadlığına heç bir maneə yaratmır, lakin əlində silah tutmuş hərbi cinayətkarların ədalət məhkəməsindən yayınmaq limiti bitib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir