İqtisadiyyat

Quşçuluğun inkişafı layihəsinə 70 min manat güzəştli kredit verilib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Elman Allahverdiyevə quşçuluğun inkişafı layihəsi üzrə 70 min manat güzəştli kredit verib.

Bunu nazir Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, layihə Lənkəran rayonunda icra olunacaq.

“Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir”, – deyə nazir əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir